Tələbə yataqxanasına hücum: 50 ölü
Nigeriyanın şimal-şərqində kollec yataqxanasına silahlı hücum nəticəsində 50 tələbə öldürülüb. Hücumda "Boko Haram" hərəkatının üzvlərindən şübhələnirlər. Bu hərəkat Nigeriyanın şimalında şəriət qanunları ilə idarə olunan xəlifət yaradılmasını qarşısına məqsəd qoyub.
APA TV-nin məlumatına görə, hadisənin baş verdiyi Qujba kənd rayonunda kənd təsərrüfatı kolleci yerləşir. Hücum tələbələr yatan vaxt edilib. Kollecin əməkdaşı bildirib ki, təhlükəsizlik qüvvələri dağıntılar altından cəsədlərin çıxarılmasını davam etdirirlər.
Bu ilin mayında Nigeriya prezidenti Qudlak Conatan "Boko Haram" hərəkatına qarşı hərbi əməliyyatlara başlamaq əmri verib və o vaxtdan ölkənin şimal-şərqində fövqəladə vəziyyət edilib.
Son vaxtlar "Boko Haram"ın məktəblərə hücumları intensivləşib. İyunda terrorçuların məktəbə etdiyi hücum nəticəsində 40 nəfər ölmüşdü.