Xodorkovski beynəlxalq axtarışa verildi
"YUKOS" şirkətinin sabiq rəhbəri Mixail Xodorkovski barəsində "İnterpol" xətti ilə beynəlxalq axtarış elan edilib. APA TV-nin "Gazeta.ru"ya istinadən xəbərinə görə, Mixail Xodorkovski 1998-ci ildə Nefteyuqansk şəhərinin meri Vladimir Petuxovun qətlini sifariş verməkdə ittiham olunur.
Bildirilir ki, Rusiya Federasiyası Baş Prokurorluğunun və İstintaq Komitəsinin topladığı materiallar əsasında qəbul edilmiş axtarış qərarı "İnterpol"un Fransanın Leon şəhərində yerləşən Mərkəzi Bürosuna göndərilib.
Qeyd edək ki, bir qədər öncə Moskva Şəhər Məhkəməsi onun barəsində qiyabi həbs qərarı çıxarıb. Hazırda Xodorkovskinin İngiltərədə yaşadığı bildirilir.