Patriarx Kiril və Roma Papası arasında tarixi görüş
Moskva və Bütün Rusiyanın patriarxı Kirill 100 nəfərlik heyətlə Kubaya rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində patriarxla Roma papası Fransisk arasında tarixi görüşün keçirilməsi nəzərdə tutulub.
Dini liderlər yerli vaxtla saat 14:15-də Havana aeroportunda bir araya gələcək. Cümə günü keçiriləcək görüşün üç saatdan artıq davam edəcəyi gözlənilir.
Sonda hər iki din xadiminin birgə bəyannamə imzalayacağı da bildirilir. Qeyd edək ki, vahid xristian kilsəsi 1054-cü ildə doqmatik fikir ayrılıqları səbəbindən katolik və pravoslav olmaqla, iki hissəyə parçalanıb.