"DəmirBank" "AGBank"la birləşməkdən imtina etdi

Ötən ay “DəmirBank” və “AGBank” arasında iki bankın konsolidasiyası ilə bağlı ilkin niyyət protokolu imzalandıqdan sonra “DəmirBank” rəhbərliyi bu istiqamətdə aktiv müzakirələr aparıb, konsolidasiyanın hər iki tərəfə və ümumilikdə bank sektoruna mümkün təsirləri araşdırılıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “DəmirBank” ASC-nin Müşahidə Şurası birləşməni səhmdarların, əmanətçilərin, xarici kreditorların və bütün digər hissədarların maraqları nöqteyi-nəzərindən qiymətləndirib və müzakirələrin nəticəsi olaraq sözügedən konsolidasiyanın məqsədəuyğun olmadığına dair qərar qəbul edib.

Müəllif | Apa.Tv
Apa.tv