"AGBank" birləşməyə bank tapdı

Bir müddət əvvəl elan olunan “AGBank” ASC ilə “DəmirBank” ASC arasında nəzərdə tutulan konsolidasiya prosesinə xitam verilib.

 

"AGBank"dan "APA-Economics"ə verilən məlumata görə, bununla belə, çoxillik fəaliyyəti nəticəsində əldə etdiyi nailiyyətləri yeni formada yaşatmaq, dəyərli müştərilərinə qabaqcıl standartlara uyğun xidmətin davamlı olaraq göstərilməsini və bankın illər ərzində formalaşan yüksək peşəkarlıq ənənələrinə sadiq işçi heyətinin bank xidmətləri bazarında fəaliyyətinin səmərəliliyini daha da artırmaq məqsədilə “AGBank” ASC digər bir yerli bankla müvafiq məsləhətləşmələr aparıb.

 

Danışıqlar nəticəsində ölkənin aparıcı banklarından olan “Bank Standard” Kommersiya Bankı ilə ilkin razılaşma əldə olunub və bu barədə bankların səlahiyyətli nümayəndələri tərəfindən 2016-cı ilin 11 fevral tarixində niyyət protokolu imzalayıb.

 

Razılaşmaya əsasən, bankların nümayəndələrindən ibarət işçi qrupu “AGBank” ASC-nin “Bank Standard” Kommersiya Bankına qoşulması layihəsinin gerçəkləşdirilməsi istiqamətində birgə işlər aparacaq.

Müəllif | Apa.Tv
Apa.tv