Dollar və avro bahalaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı günün valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dolları manat qarşısında bahalaşıb. Mərkəzi Bank dolların kursunu 1,5746 manat olaraq müəyyənləşdirib.

 

Bivalyuta səbətinə daxil olan avro da manat qarşısında dəyər qazanıb. Avronun rəsmi məzənnəsi 1,7789 manat olaraq açıqlanıb.

 

Rusiya rublunun məzənnəsi də artıb. Hazırda 1000 Rusiya rublu 20 manat 10 qəpikdir.

 

Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır. 

Müəllif | Apa.Tv
Apa.tv