Olland Moskvaya səsləndi: "Suriyadan çıxın!"
Fransa prezidenti Fransua Olland Rusiyanı təcili olaraq Suriyadakı əməliyyatlara son qoymağa çağırıb.
APA TV-nin "Reurers"ə istinadən xəbərinə görə, məhz bu əməliyyatlar nəticəsində on minlərlə insan öz ev-eşiyindən didərgin düşüb.
"Bombardmanların ardı-arası kəsilmir. Qaçqın sayı durmadan artır. Biz Bəşər Əsədin hakimiyyətdən gedəcəyinə əmin olmalıyıq. Bunun üçün isə Moskva əməliyyatları dərhal dayandırmalıdır", - deyə Olland qeyd edib.
Fransanın dövlət başçısı həmçinin Bəşər Əsədi rusların dəstəyi ilə öz xalqına qarşı qətliam törətməkdə də ittiham edib.