Neft yenidən bahalaşmağa başladı
Dünya bazarında neftin qiymətində bahalaşma var. APA TV-nin məlumatına görə, birjaların səhər seanslarında "Brent" markalı neftin bir bareli 31,16 dollardan satılıb. Qərbi Texas nefti də cüzi miqdarda bahalaşıb. WTI markalı neftin bir bareli 27.25 dollardan satılır ki, bu da dünənki qiymətdən 18 sent bahadır. Bundan başqa "Brent" nefti ilə WTI neftinin qiymətləri arasında fərq çoxalıb. Hazırda bu fərq təxminən 4 dollardır. Bu, 2016-cı ildə iki marka arasında qeydə alınan ən böyük fərqdir.