Səhiyyə Nazirliyi: "Donuz qripi"nə qarşı peyvəndlə bağlı evlərə edilən zənglər əsassızdır

Paytaxt Bakıda bəzi poliklinikalardan vətəndaşlara zəng edərək uşaqlarını "donuz qripi"nə qarşı peyvənd etmək üçün həkimə gətirmələri xahiş olunur. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA TV-yə açıqlamasında bildirib ki, bununla bağlı nazirlik tərəfindən poliklinikalara heç bir göstəriş verilməyib.

 

"Səhiyyə Nazirliyi tərəfindən poliklinikalara hər hansı tapşırıq yoxdur. Sadəcə poliklinikalar vətəndaşlara təklif edirlər ki, kim istəyirsə, gəlib mövsümi qriplə bağlı yoxlamadan keçə bilər. Bu isə məcburi xarakter daşımır".

 

Xatırladaq ki, "donuz qripi"nə qarşı peyvənd mövcud deyil.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova