NATO gəmiləri Batum limanında - SENSASİYA

NATO-nun dörd gəmisi Gürcüstanın Batumi limanına gəlib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, faktı Acarıstan Muxtar Respublikasının rəsmiləri təsdiqləyib.


"Bu ilk belə hadisədir. NATO-nun dörd gəmisində geniş nümayəndə heyəti var. Biz onlarla müxtəlif sahələrdə ikitərəfli danışıqlar aparacağıq. Bu fakt bir daha onu təsdiqləyir ki, biz Alyansla ciddi tərəfdaşlıq etmək niyyətindəyik", - deyə, Acarıstan hökumətinin rəsmisi Arçil Xabadze əlavə edib.


NATO-nun gəmiləri təntənəli mərasimlə qarşılanıb. Qonaqlar 3 gün Batumidə olacaqlar. Onların şəhərlə tanışlığı təşkil ediləcək. Fevralın 13-də isə Gürcüstana NATO qüvvələrinin kontr-admiralı Cocio Latsionun rəsmi səfərə gələcəyi bildirilir.

Yüksək rütbəli şəxs Gürcüstanla Alyans arasında 1994-cü ildən davam edən əməkdaşlığın inkişaf etdirilməsi müzakirələrə qatılacaq.

Xatırladaq ki, 2008-ci ildə Buxarestdə keçirilən NATO ölkələrinin sammitində Gürcüstanın quruma üzv olmaq şansları yüksək dəyərləndirilib. 2014-cü ildə Uelsdəki toplantı da isə adı çəkilən ölkənin NATO-ya üzv olmaq üçün atdığı addımlar təqdirəlayiq hesab edilib.

Müəllif | Apa.Tv
Apa.tv