Qusarda hamamda evli kişinin başqa qadınla meyiti tapıldı
Qusar rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. APA TV-nin şimal bürosunun xəbərinə görə, hadisə rayonun Hil kəndində qeydə alınıb.
Kənd sakini, 25 yaşlı Mustafayev Rəşad Bəxtiyar oğlu və 32 yaşlı Məhsimova Zoya Dünyaməddin qızının meyitləri hamamda tapılıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə baş verən ev R.Mustafayevə məxsus olub. Evli olan R.Mustafayev həyat yoldaşı və 2 övladı ilə atasıgildə yaşayıb. Hadisə baş verən ev isə yeni inşa olunub və ailə hələ oraya köçməyibmiş.
Rəşadın valideynləri oğlunun dünən evə gəlmədiyini bildikdən sonra kənddə olan qonşularından evə baxmalarını xahiş ediblər. Evə baxan qonşular burda iki meyit aşkar ediblər və dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər. Mərhumların meyiti hamamın şüşəsi sındırılaraq çıxarılıb.
İlkin ehtimala görə, hamamdakı su qızdırıcının hava tənzimləyici borusuna kağız qoyulub və bu səbəbdən hər iki şəxs dəm qazından boğulub.
Faktla bağlı bağı araşdırmalar davam etdirilir.