Sabirabadda gözətçi öldürüldü
Sabirabadda obyekt gözətçisi qətlə yetirilib. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, qətl hadisəsi Sabirabad şəhəri 20 Yanvar küçəsində baş verib.
Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Məmmədov Elşad Ələmdar oğlu həmyerlisi, gözətçi işləyən 1977-ci il təvəllüdlü İsmayılov Raqif Eldar oğlunu yaşadığı gözətçi məntəqəsində bıçaqla qətlə yetirib.
Döş qəfəsindən iki bıçaq zərbəsi alan 39 yaşlı Raqif İsmayılov sürünə-sürünə yola çıxsa da, çoxlu qan itirdiyindən yol kənarında keçinib. Qətlin hansı səbəbdən baş verdiyi Sabirabad rayon Prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılır. Qətli törədən şəxs polis tərəfindən saxlanılıb.
Qeyd edilir ki, Raqif İsmayılovun heç kimi yox imiş və o, səfil həyat tərzi sürürmüş.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.