İstanbulda beşmərtəbəli bina çökdü
İstanbulun Taksim bölgəsində yerləşən binalardan biri çöküb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə Tarlabaşı Bulvarı yaxınlığındakı beşmərtəbəli binada qeydə alınıb.
Həmin an ərazidə olan şahidlər əvvəlcə möhkəm gurultu səsi eşitdiklərini bildiriblər. Bundan dərhal sonra binanın birinci mərtəbəsindəki restoranlarda əyləşən insanlar dərhal ərazini tərk edib.
Şahidlər on beş dəqiqə içərisində binanın yerlə yeksan olduğunu söyləyib.
Hadisə zamanı xəsarət alanlar barəsində hələlik hər hansı məlumat verilmir.