Heydər Əliyev prospektində iki maşın toqquşdu, yaralılar var - HADİSƏ YERİNDƏN
Paytaxtın Heydər Əliyev prospektində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin xəbərinə görə, prospektə hərəkət edən "Mersedes" markalı 10-TV-541 dövlət nömrə nişanlı avtomobil eyni istiqamətdə hərəkətdə olan 90-NN-820 qeydiyyat nişanlı "Volkswagen" avtomobilinə çırpılıb.
Hadisə zamanı "Volkswagen"in sürücüsüw enin linə çırpılıb, sürücüs şilə ərazidən aparılıb. ə yerindəcə ilkin tibbi yardım göstərilib. Şəhər Klinik Xəstəxanasına ye və sərnişini xəsarət alıb.
Əraziyə cəlb olunan təcili yardım avtomobilinin köməyi ilə xəsarət alan sərnişin Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Sürücünün xəsarəti nisbətən yüngül olduğundan, ona hadisə yerindəcə ilkin tibbi yardım göstərilib.
Əraziyə gələn Yol Patrul Xidmətinin Əməkdaşları qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıblar.
Avtomobillər evakuatorun köməyi ilə ərazidən uzaqlaşdırılıb.