Aktrisa Firəngiz Mütəllimovanın beynində cərrahiyyə əməliyyatı aparılıb
Türkiyədə ağır beyin əməliyyatı keçirən xalq artisti Firəngiz Mütəllimova bu gün mətbuat konfransı keçirdi. Aktrisa bildirdi ki, ilkin müayinədən sonra həkimlər ona əməliyyatın vacib olduğunu deyiblər. Əməliyyatdan isə yalnız bacısı Nərgiz Mütəllimovanın xəbəri olub. Aktirisanın başında kəskin ağrılar olub. "Bacım Nərgizlə Türkiyəyə getdik. Orada Hakan Oruckapdanla görüşdüm. O, da əməliyyatın vacib olduğunu söylədi. Əməliyyat geciksəydi, iflic ola bilərdim. Mənə şüadan uzaq durmağımın lazım olduğunu söylədilər. Ona görə hətta ev telefonumu da söndürmüşəm" deyə aktrisa bildirib.
Sinxiron “Əməliyyatdan sonra bir daha əmin oldum ki, insana həqiqətən də yaxşılıq qalacaq. Mənə həm maddi, həm də mənəvi dəstək verən insanlara dərin minnətdarlığımı bildirirəm”.