Rusiya Suriyaya yeni raketdaşıyıcı gəmilər göndərdi - REAL MÜHARİBƏ TƏHLÜKƏSİ
Rusiya Suriyaya qanadlı raket daşıyan yeni hərbi gəmilər göndərib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Qara dənizdə saxlanılan gəmilər artıq Krım sahillərindən hərəkətə başlayıb.
"Kalibr" raketdaşıyıcıları bir neçə gündən sonra Aralıq dənizindəki rus eskadrasına qoşulacaq.
Suriya sahillərinə göndərilən gəmilərin hərbi əməliyyatlarda iştirakı istisna edilmir. Bu vaxta qədər həmin gəmilər Qara dənizdə artilleriya ehtiyatı kimi saxlanılıb.
"Buyan-M" tipli gəmilər çaylarda və dənizlərdə çoxhədəfli manevrlər etməyə qadirdirlər.