Zaqatalada 3 otaqlı ev külə döndü

Zaqatalada ev yanıb. APA TV-nin məlumatına görə, yanğın rayonun Aşağı Tala kəndində qeydə alınıb.  Kənd sakini Məhəmməd Kələşova məxsus, hazırda yaşayış olmayan ümumi sahəsi 70 kv/m olan birmərtəbəli 3 otaqlı ev yanıb.  Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Vüqar Heydərov