Qaradağda 22 yaşlı gənc bıçaqlandı
Bakının Qaradağ rayonunda 22 yaşlı gənc bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Sahil qəsəbəsində qeydə alınıb.
22 yaşlı Rahim Feyzulla oğlu Həsənzadə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.