Ağcabədidə 60 yaşlı tibb bacısını öldürənlər tutuldu

Ağcabədi rayonunda 60 yaşlı Kamilə Əhmədovanı öldürənlərin kimliyi məlum olub.

 

Ağcabədi Rayon Prokurorluğunun əməkdaşı Rauf Məmmədov APA TV-nin Qarabağ müxbirinə bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Cəlal Məhəmmədəli oğlu Mənsimov və Samir Famil oğlu İsayev törətdikləri cinayəti etiraf ediblər.

 

Saxlanılan şəxslər  60 yaşlı Kamilə Əhmədovaya pul borclu olduqları üçün onu öldürdüklərini deyiblər.

 

Qeyd edək ki, fevralın 11-də Ağcabədi şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 13 ünvanında yaşayan, Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsində tibb bacısı işləyən, 1956-cı il təvəllüdlü K.Əhmədovanın meyiti evində qonşuları tərəfindən aşkarlanıb. K.Əhmədovanın qatili onu ütü ilə başından vuraraq öldürüb.

 

Mərhumun qızı və oğlu Bakı şəhərində yaşadığı üçün o, evində tənha yaşayırmış. Bir müddət əvvəl isə mərhum evinin bir otağını ali məktəbdə təhsil alan qızlara kirayəyə verib. Hadisə baş verən gecə tələbə qızlar qış tətili ilə əlaqədar evlərinə gediblər.

Müəllif | Apa.Tv
Apa.tv