Bakıda qardaş bacısının qanını tökdü

Ötən gecə Bakıda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

 

Qurbanov Sabir Rüstəmoviç bacısı Elinanı şəxsi münaqişə zəminində bıçaqlayıb. Zərərçəkən 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, əməliyyat olunan Elina Rüstəmoviçin vəziyyəti orta-ağır olaraq qalır.

 

Hadisədən sonra Binəqədi polisi Sabir Qurbanovu şübhəli şəxs qismində saxlayıb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv