İŞİD-in "baş cəllad"ı baş kəsərkən ÖLDÜRÜLDÜ

Britaniya xüsusi təyinatlı qüvvələrinin (SAS) snayperi Suriyanın şimalında 1200 metr  məsafədən açdığı atəşlə İŞİD-in təlimçi-cəlladını məhv edib.

 

APA TV-nin  məlumatına görə, bu barədə Britaniyanın “Dayli Star” nəşri xəbər yayıb.

 

Qəzetin yazdığına görə, cəlladın yeri barədə məlumat xüsusi təyinatlılara "Mİ6" kəşfiyyat xidməti tərəfindən ötürülüb.

 

Cəllad təlim keçdiyi yerdə, kursantlara qurbanın başını necə kəsməyi öyrətdiyi an vurulub. Snayper İsrail istehsalı olan "Dan.338" vintovkasından istifadə edib. Məhv edilən terrorçu “bölgənin baş cəlladı” sayılırmış.

 

Əməliyyatdan sonra xüsusi təyinatlılar geriyə - İraq ərazisinə qayıdıblar.

 

Müəllif | Apa.Tv