İran ilk neft tankerini Avropaya göndərdi

İran İslam Respublikası sanksiyaların ləğvindən sonra neftlə dolu ilk tankeri Avropaya yola salıb.

 

APA TV-nin “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın “Lukoil” şirkətinin yüklərinin daşınmasını həyata keçirən "Litasco" şirkətinə məxsus tanker Fars Körfəzindəki Xark adasında yerləşən terminaldan yola çıxıb.

 

Yaxın saatlarda Fransa, İspaniya və Çin şirkətlərinə məxsus tankerlərə də neft yüklənərək Avropaya göndəriləcək. İxrac olunacaq neftin ümumi həcmi 4 milyon bareldir.

 

Qeyd edək ki, İranın vitse-prezidenti Eshaq Canahgiri mart ayına qədər neft ixracının gündə 1,5 milyon barelə çatdırılacağını söyləyib.

Müəllif | Apa.Tv
Apa.tv