Mərkəzi Bank bazara 200 milyon dollar çıxardı
Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan "APA-Economics"ə verilən məlumata görə, tənzimləyici tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.
Hərracda iştirak edən 10 bank tərəfindən məcmu tələb 32,1 milyon dollar təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub.