Ermənilər Ağdamda məktəblini güllələdi

Erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində azərbaycanlı məktəbli yaralanıb.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdamın Çıraqlı kəndində baş verib.

 

Məmmədovlar ailəsi təsərrüfatda çalışdığı vaxt ermənilərin atəşinə məruz qalıb. Nəticədə ailənin sonbeşiyi, 17 yaşlı Coşqun Ələddin oğlu Məmmədov yaralanıb.

 

Məktəbli uşaq əvvəlcə nə baş verdiyini anlamayıb, daha sonra atasına yaralandığını deyib. Atası Coşqunu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

 

Coşqun Məmmədov: "Qıçıma dəydi, dedim güllə dəydi, ata. Götürdülər gətirdilər bura".

 

Coşqun Məmmədov ona iki güllə dəyməsindən xəstəxanada xəbərdar olub. Bəlli olub ki, güllə onun sol qolundan və sol budundan dəyib.

 

Xurşud Məmmədov, əmisi: "Sahədə yer təmizlədiyi yerdə güllə dəyib. Bir deyil, iki güllə dəyib - qolundan, qıçından. Atası yanında olub, anası yanında olub. Onların hamısına dəyə bilərdi".

 

Həkimlər Coşqunun həyati təhlükəsi olmadığını deyirlər.

 

Müəllif | Apa.Tv
Apa.tv