Kürdə batan 42 yaşlı laçınlının meyiti tapıldı

Ağcabədi rayonunun "Yastı yol" adlanan ərazisində Kür çayında boğularaq batan 1974-cü il təvəllüdlü Kərimov Qiyas İdris oğlunun meyiti tapılıb.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Laçın rayonundan məcburi köçkün olan Qiyas Kərimovun meyiti batdığı güman edilən yerə yaxın ərazidə aşkarlanıb.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə gəliblər. Qiyas Kərimovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək.

 

Qeyd edək ki, yanvarın 19-da Qiyas Kərimovun Zərdab rayonundakı mağazadan çörək almaq məqsədilə Kür çayını keçib geri qayıdarkən mindiyi qayığın devrilməsi nəticəsində boğulduğu ehtimal edilir.

 

Müəllif | Apa.Tv
Apa.tv