“ASAN Xidmət”də 8 milyonuncu müraciət qeydə alındı

“ASAN Xidmət” mərkəzlərinin mərkəzləşdirilmiş elektron növbə sistemində 8 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

 

APA TV-nin şimal bürosunun xəbərinə görə, bu müraciət Quba rayon sakini Pəri Algül qızı Babayeva Quba rayonunda fəaliyyət göstərən səyyar “ASAN xidməti”dən yararlanarkən qeydə alınıb.

 

60 yaşlı P.Babayeva Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət edib və xidmətdən yararlanıb.

 

Qeyd edək ki, hazırda Azərbaycanda 9 “ASAN Xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda, qalanları isə Sumqayıt, Sabirabad, Bərdə və Gəncə şəhərlərindədir. Bununla yanaşı, "Səyyar ASAN Xidmət"in xüsusi avadanlıqlarla təchiz olunan 10 avtobusu dövri olaraq ölkənin şəhər və rayonlarında xidmətlərini davam etdirir.

Müəllif | Apa.Tv
Vəli Turan