Gəncədə 25 yaşlı qadını döydülər
Gəncədə döyülmə faktı qeydə alınıb.
APA TV-nin Qərb bürosunun xəbərinə görə, Gəncədə yaşayan Göygöl rayon sakini, 1991-ci il təvəllüdlü Afaq Şəmməliyeva sifətin və bədənin müxtəlif hissələrinin əzilmiş, bəzi hissələrinin kəsilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
25 yaşlı qadına dərhal tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Yaralı bildirib ki, yolda gedərkən tanımadığı bir neçə şəxs tərəfindən döyülüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.