Göyçayda kəsilən ağac 69 yaşlı kişinin üstünə düşdü - FACİƏ
Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında Göyçayın Bəydövül kəndində qeydə alınıb.
Kənd sakini, 1947-ci il təvəllüdlü Əli Əlibala oğlu Xudiyev yaşadığı evin həyətində kəsilərək yerə yıxılan qovaq ağacının altında qalaraq ölüb.
İri gövdəli ağac Əli Xudiyevin oğlu və qonşuların birgə iştirakı ilə kəsilib. Onlar 69 yaşlı kişinın bağda gəzişərək kəsilən ağaca yaxınlaşmasından xəbərsiz olublar və qəflətən yıxılan ağac bədbəxt hadisəyə səbəb olub.
Mərhumun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.