Rubl bahalaşdı, dollar və avro ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dolları manat qarşısında ucuzlaşıb. Mərkəzi Bank dolların kursunu 1,5679 manat olaraq müəyyənləşdirib.
Bivalyuta səbətinə daxil olan avro da manat qarşısında dəyər itirib. Avronun rəsmi məzənnəsi 1,7488 manat olaraq açıqlanıb.
Rusiya rublu isə bahalaşıb. Hazırda 1000 Rusiya rublu 20 manat 40 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.