Azərbaycanda vəzifəli şəxs yol qəzasında - HƏLAK OLUB

Sentyabrın 30-da Qazıməmməd-Bəhrəmtəpə yolunun 36-cı kilometrliyində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. İmişli rayonu Cəfərli kənd sakini, 1958-ci il təvəllüdlü Ağayev Qəzənfər Vəli oğlu idarə etdiyi “Hyundai-Sonata” markalı avtomobildə idaretməni itirərək yoldan çıxıb və avtomobil dərəyə yuvarlanıb. Nəticədə sürücü hadisə yerində keçinib.

 

APA TV-nin məlumatına görə, ölən sürücü “İmişli Elektrik quraşdırma” MMC-nin müdiri olub.

 

Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq idarəsində araşdırma aprılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı