Binəqədidə 27 yaşlı piyadanı maşın vurdu

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Xocahəsən qəsəbəsində qeydə alınıb.

 

“Mercedes” markalı avtomobil yolu keçmək istəyən piyada, 27 yaşlı Cavid Qasımzadəni vurub. Sürücü yaralı piyadanı xəstəxanaya çatdırıb.

 

Müayinə zamanı həkimlər Cavid Qasımzadədə çoxsaylı sınıq xəsarətlərinin olduğunu bildiriblər. Hadisə barədə polisə də məlumat verilib. Sürücünün ifadəsi alınıb. Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsində araşdırmalara başlanılıb. 

 

Müəllif | Apa.Tv