Azərbaycanda dəhşət: ata 6 yaşlı oğlunun boğazını kəsib öldürdü

Beyləqanda dəhşətli qətl törədilib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb.

 

Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

 

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.

 

Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.

 

Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Müəllif | Apa.Tv
Apa.tv