"KamAZ"ın 40 yaşı olur

Bu gün əfsanəvi yük avtomobili "KamAZ"ın 40 yaşı tamam olur.


APA TV Rusiya mətbuatına istinadən xəbər verir ki, 1976-cı ilin fevralın 16-da ilk "KamAZ" zavodun konveyerindən çıxıb.

 

"KamAZ" sözünün açılışı Kama Avtomobil Zavodu deməkdir.


"KamAZ" zavodu Rusiya və MDB məkanında böyük yük götürmə qabiliyyətinə malik yük avtomobili, minik maşını, traktor, dizel mühərriki və onun hissələrinin istehsalı üzrə ixtisaslaşmış zavod kompleksidir. Tatarıstanın Çelnı şəhəri ətrafında yerləşir. Dünyada 10 ən böyük yük avtomobili istehsal edən müəssisədən biridir. Dizel mühərriklərinin istehsalına görə isə dünyada 8-ci yerdədir.

 

1976-cı il 16 fevralda birinci "Kamsk" markalı avtomobil istehsal olundu. 29 dekabrda SSRİ Kommunist Partiyası Polyakov başda olmaqla akt tərtib etdi və Kamsk zavodunda iri qabaritli maşınlardan başqa yüngül maşınların da istehsal olmasına şərait yaratdı.

Bu, hazırkı "KamAZ" zavodudur. Hazırda zavod Rusiya və dünyanın ən iri müəssisələrindən biri hesab olunur.

Müəllif | Apa.Tv
Apa.tv