Rusiyada yaşayış binasında partlayış: 3 ölü, 9 yaralı

Fevralın 15-dən 16-na keçən gecə Rusiyanın Yaroslavl şəhərində yerləşən yaşayış binalarından birində qaz sızması nəticəsində güclü partlayış baş verib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, hadisə zamanı binanın 1-ci mərtəbədən 5-ci mərtəbəyədək olan hissəsi çöküb.

 

Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsindən verilən məlumatda dağıntılar altında qalanların olduğu bildirilir. Eyni zamanda 131 nəfərin qazdan zəhərlənmə diaqnozu ilə həkimə müraciət etdiyi deyilir.

 

Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv