Bakıda əcnəbi qadın özünü 5-ci mərtəbədən atdı

Bakıda əcnəbi qadın intihar edib.

 

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Məhəmməd Hadi küçəsi 29/44 ev 6, mənzil 31 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda kirayədə yaşayan, Moldova vətəndaşı, 23 yaşlı Quria Qlafira yaşadığı 14 mərtəbəli binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

 

İntiharın dəqiq səbəbləri hələlik məlum deyil.

 

Məlumata görə, intihar edən qadın Bakıda bizneslə məşğul olurmuş.

Müəllif | Apa.Tv
Apa.tv