Əsl yaz havası: sabah 17-21 dərəcə isti olacaq
Fevralın 17-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, səhər bəzi yerlərdə duman, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7 dərəcə isti, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 19 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.
Fevralın 17-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşam isə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti, bəzi yerlərdə 21 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 12-17 isti olacaq.