İran və İraq da neft hasilatını azaltmaq danışıqlarına qoşulacaq

Neft hasilatının azaldılmasına dair neft ölkələri arasında danışıqların növbəti raunduna İran və İraq da qoşulacaq. APA Tv-nin məlumatına görə, bu barədə Venesuelanın neft naziri Evloxio dle Pino açıqlayıb. O, növbəti raundun sabah keçiriləcəyini deyib.

 

Xatırladaq ki, artıq 4 iri neft ölkəsi - Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela digər ölkələr bu təşəbbüsə qoşulacaqları təqdirdə neft hasilatını azaltmaq barədə razılığa gəliblər.

 

Hazırda istər OPEK ölkələrində, istərsə də Rusiyada neft hasilatı rekord səviyyəyə çatıb. ABŞ-da hasilat 5 faiz aşağı düşsə də, iki il əvvəl ilə müqayisədə yenə də yüksək həddədir.

 

OPEK üzvləri və Rusiya arasında razılaşma xəbərindən sonra dünya birjalarında “Brent” markalı neftin qiyməti 35,42 dollara çatıb. Danışıqlar uğurla başa çatarsa, qiymətlərin 40-42 dollar səviyyəsində stabilləşəcəyi istisna edilmir. 

Müəllif | Apa.Tv
Apa.tv