"Fənərbaxça" rus klubundan üstün oldu - QOLLAR

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunları başlayıb.  APA TV-nin məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində Türkiyə təmsilçisi “Fənərbaxça” Moskva “Lokomotiv”ini qəbul edib. İstanbulda “Şükrü Saraçoğlu” stadionu baş tutan oyunu  baş hakimi Martin Stromberqsson olub.

Oyuna prinsipiallıq qatan əsas məqamlardan biri də iki ölkə arasındakı siyasi gərginlik olub.  Bu gərginlik oyundan əvvəl xoşagəlməz  hadisənin baş verməsinə də səbəb olub. Belə ki, “Fənərbaxça” futbol klubunun azarkeşləri  Moskvanın “Lokomotiv” klubunun azarkeşlərini daşıyan avtobusu daş-qalaq edib.

Olduqca gərgin keçən oyunda hesabı açan "Fənərbaxça" olub. 18-ci dəqiqədə Souzanın atdığı qolla ev sahibi komanda üstünlük əldə edib. Oyunun birinci hissəsi də bu hesabla bitib.

Qarışlıqlı hücumlarla başlayan oyunun ikinci yarısı da olduqca gərgin keçib. Rəqib qapısına davamlı hücum edən fənərlilər bir neçə real qol şansını qaçırıblar. Buna baxmayaraq oyunun 72-ci dəqiqəsində Jozef Souza komandasının və özünü ikinci qolunu vurub.

Oyunda başqa qol olmayıb və matç 2:0 "Fənərbaxça" nın xeyrinə bitib.

 

Müəllif | Apa.Tv