Sumqayıtda 34 yaşlı kişi bıçaqlandı
Ötən gecə Sumqayıt şəhərində qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, 34 yaşlı şəhər sakini Elşən Vidadi oğlu Abbasov bıçaqlanıb.
Sumqayıtda bıçaqlanan Elşən Abbasovu tanışları Bakıdakı 3 Saylı Şəhər Klinik Xəstəxanasına gətiriblər. 6 bıçaq xəsarəti alan Elşən Abbasov dərhal əməliyyat olunub. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.
Hadisə barədə Sumqayıt şəhər Polis İdarəsinə məlumat verilib. Yaralı Elşən Abbasovu dindirmək mümkün olmadığından, hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsi məlum deyil.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.