Oqtay Əsədov: “Debatlarda hər kəs öz səviyyəsini göstərir”
Milli Məclisin 2013-cü il payız sessiyasının ilk iclası keçirilib. Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 41 məsələ daxil edilib. İclas Azərbaycan Dövlət Himninin oxunmasından sonra açıq elan olunub. Cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən vitse-spiker Ziyafət Əsgərov Azərbaycan prezidentinin seçkilər ərəfəsində müxalifət tərəfindən təhqir olunduğunu bildirib. O, Azərbaycan prezidentinin şərəf və ləyaqətinin toxunulmazlığı ilə bağlı ayrıca qanun qəbul olunması təklifi ilə çıxış edib.
Prezidentliyə namizədlərin çıxışından danışan Milli Məclisin sədri Oqtay Əsədov debatlarda hər kəsin öz səviyyəsini göstərdiyini söyləyib. Onun sözlərinə görə, Azərbaycan xalqı müdrikdir və debatlarda hər şeyi görə bilir.
İclasın davamında bir sıra ali mükafatların dəyişdirilməsi ilə bağlı qanun layihələri müzakirəyə çıxarılıb. Layihələrə əsasən, ordenlərin və medalların bütün təsvirlərində və ölçülərində dəyişikliklər edilir, eyni zamanda yeni əlavə lövhələr, simvollar bərkidilir. Təsvirlərdə yeniliklər olacaq. Medallarda nömrə ilə yanaşı, seriyaları da yer alacaq. Layihələr ayrı – ayrı səsə qoyularaq qəbul olunub. Eyni zamanda Milli Məclis Azərbaycan və Rusiya arasında imzalanan sazişləri ratifikasiya edib. Həmçinin iclasda “Notariat haqqında” və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlara dəyişiklik olunub.