Divar yazısı sənəti - QRAFFİTİ

Uşaq vaxtlarından bəri məktəb divarlarında, küçələrdəki hasarların üstündə, gözə görünən və ya görünməyən yerlərdəki  divarlarda rəngli və ya rəngsiz şəkillərə, yazılara rast gəlirik. Bu yazılarda adətən sevgi, dostluq etirafları, son zamanlarda isə sayt reklamları əks olunur.

 

Bəhs etdiyimiz bu küçə mədəniyyəti divar yazıları - qraffiti adlanır. Qrafiti (qədim zamanların kontekst yazılarında tək rəqəm - qraffito; it. graffitidən) - divarlarda və digər yerlərdə rəsm, şəkillər, yazılar, cızılmış, yazılmış, mürəkkəblə və ya rənglə çəkilmiş sənət əsərlərinə deyilir. Qraffiti mədəniyyət növündə sadə yazılı sözlər, incə təsvirlər, ümumilikdə hər şey tapmaq olar.

 

"Qraffiti" sözü tarixdə adətən nəyinsə üzərində cızılmış rəsm əsərlərindən biridir. Qraffitiyə yaxın həm də qrafito var. Qraffito birqat rəsm əsərinin silinmədən üzərindən başqa bir rəsm əsərinin çəkilməsidir. Qədim dövrlərdə qraffiti divarlara sərt əşya, tabaşir və ya kömür ilə çəkilirdi.

 

Birinci müasir qraffiti Qədim Yunan şəhəri Efesdə (hazırkı Türkiyə ərazisi) aşkar edilib və qorunub saxlanılıb. Yerli bələdçilər onu pozğunluğun reklamı kimi qələmə verir.

 

Qədim romalılar qraffitini divar və heykəllərin üzərinə çəkirdilər. Həmçinin Misirdə indiyə kimi qorunub saxlanılan yazılara rast gəlmək olar. Qədim qraffitiləri sevgi etirafı, siyasi ritorika və sadə fikirlərini bildirmək üçün istifadə edirdilər. Qədim Pompeydə qraffiti ilə Vezuvi vulkanın püskürməsi, qədim latın lənətləri, cadugərlik duaları, sevgi etirafları, əlifba, siyasi şüarlar və məşhur ədəbi yazılar yazılırdı. Bunların hamısı Qədim Pompeydə küçə mədəniyyətinin nə qədər inkişaf etdiyini göstərirdi. Qədim Roma ərazisində aşkar edilmiş II əsrə aid anti-xristian karikaturasında rast gəlmək olar.

 

Qraffiti çoxdan yox olmuş mədəniyyətlərin və sivilizasiyaların aşkarlanması və araşdırılmasında böyük rol oynayır. Divar yazılarında orfoqrafik və qrammatik səhvlərin çox olması həmin dövrdəki insanların savadsızlığını göstərir. Həmçinin yazılarda qədim latın danışıqlarını da öyrənmək olar.

 

Bəhs etdiyimiz  mədəniyyətin hazırda sprey boya ilə edilən "spray art" qrafiti növü daha geniş yayılıb. Bu növlə yazılar və şəkillər daha da gözoxşayan olur. "Spray art" növündən evlərin fasadlarında istifadə edəndə daha da ecazkar görünür.

 

Şəkillərdəki ev  Şotlandiyadadır. XIII əsrdə inşa edilən evin divarlarında olan rəsm əsərləri rəngli spreylə çəkilib.

 

Hazırda bu küçə mədəniyyəti bizdə çox inkişaf etməsə də, bəzi yerlərdə qeyri-peşəkar yazılmış yazılara rast gəlmək olar. Bu yazılar ən çox reklam xarakteri daşıyır. Təbii ki, içərilərində sevgi etirafları olan yazılar da var.

 

Müasir dövrdə qraffiti 3D formatında da çəkilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd