Donald Tramp: "Obama çox pis işləyib"


ABŞ prezidentliyinə namizəd olan milyarder Donald Tramp hazırki prezident Barak Obamanın ünvanına kəskin ifadələr işlədib.

 

APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, Tramp ABŞ dövlət başçısının onun ünvanına "bu namizədə səs verməyin" çağırışına qəzəblənib.

"Bu sözləri deyən adam çox pis işləyib və bizi bir neçə il geriyə atıb", - deyə Donald Tramp bildirib.

Tramp haqqında mənfi fikirlərini Obama Kaliforniyada keçirilən bir tədbirdə bildirib. Prezident bildirib ki, Amerika xalqı ayıqdır və Trampın prezident seçilməsinə qətiyyən yol vermək olmaz, çünki prezident olmaq məsuliyyətli işdir.
 

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu ilin 8 noyabr tarixində keçiriləcək və Donald Tramp Respublikaçılar Partiyasından ciddi və israrlı namizədlərdən biridir.

Müəllif | Apa.Tv
Apa.tv