"Lokomotiv"i cəza gözləyir - Tarasovun Putin "sevgisinə" görə

Moskvanın "Lokomotiv" komandasının yarımmüdafiəçisi Dmitri Tarasov cəzalandırılacaq. APA TV-nin UEFA-nın saytına istinadən məlumatına görə, futbolçu Avro Liqa-nın 1/16 mərhələsinin İstanbulda "Fənərbaxça"ya qarşı keçirilən ilk görüşündən sonra formasını çıxarıb və altdan geyindiyi maykanın üzərində Rusiya prezidenti Vladimir Putinin rəsmini nümayiş etdirib. 

UEFA bunu qaydalara zidd və qarşı tərəfə təhrikedici jest kimi qiymətləndirib. Tarasov qurum tərəfindən ən azı 10 oyun beynəlxalq oyunlardan kənarlaşdırılacaq.

Avropanın ali futbol təşkilatından bildirilib ki, bununla yanaşı "Lokomotiv Moskva" klubu da cəzalana bilər. Hələlik bu barədə açıqlama verilmir.

Müəllif | Apa.Tv
Apa.tv