Yağış, qar, çovğun - TEMPERATUR 8 DƏRƏCƏ ENƏCƏK

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

 

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, Bakı və Abşeron yarımadasında  fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Temperatur 4-7 dərəcə enəcək.

 

Azərbaycanın rayonlarında fevralın 18-dən 19-u gündüzədək havaşəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Temperatur 5-8 dərəcə enəcək.

Müəllif | Apa.Tv
Apa.tv