Mərkəzi Bank 14 banka 50 mln. dollar satdı

Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.

 

Mərkəzi Bankdan "APA-Economics"ə verilən məlumata görə, tənzimləyici tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

 

Hərracda iştirak edən 14 bank tərəfindən məcmu tələb 49,990 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.

Müəllif | Apa.Tv
Apa.tv