İsrail səfiri Zaqatalaya gedib


İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Zaqatala rayonuna səfər edib. Səfər çərçivəsində səfir Rafael Harpaz Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə görüşüb. Görüş zamanı iki ölkə arasında texnalogiya, telekomunikasiya, kənd təsərrüfatı, səhiyyə, turizm sahələrindəki uğurlu əməkdaşlığı müzakirə edilib. Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə ümidini ifadə edən səfir, İsrailin bu sahədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyini bəyan edib.
APA-nın xəbərinə görə, günün ikinci yarısında İsrailli səfir və onu müşayət edən nümayəndə heyəti rayonda fəaliyyət göstərən Tütün qurutmaxanaları və tütün emalı zavodu, Zaqatala fındıq zavodu, Zaqatala çay fabrikində istehsal prosesi, eləcədə, yeni təmir olunmuş “Dədə Qorqud” meydanı, Zaqatala Qalası və Heydər Əliyev adına Mədəniyyət və istirahət parkı ilə tanış olublar.



 

Müəllif | Apa.Tv
Vüqar Heydərov