Dumanlı hava şəraiti Tovuzda avtomobillərin hərəkətinə mane olub
Ötən gecə Tovuzda müşahidə olunan dumanlı hava şəraiti avtomobillərin hərəkətinə mane olub.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, əlverişsiz hava şəraiti əsasən rayonun Alakol, İbrahimhacılı, Yuxarı Öysüzlü, Əlibəyli kəndlərini rayon mərkəzi ilə birləşdirən yollarda müşahidə olunub.
Qatı duman səbəbindən avtomobillərin hərəkəti çətinləşib. Yolu görmək mümkün olmadığından, sürücülər uzaq məsafəli işıqlardan istifadə etmək məcburiyyətində qalıblar ki, bu da gediş-gəlişi daha da çətinləşdirib.
Bakı-Qazax avtomagistralı ilə "Sınıq Körpü" gömrük sərhəd buraxılış məntəqəsi istiqamətində hərəkət etməli olan nəqliyyat vasitələrinin sürücüləri də qatı duman səbəbindən avtomobillərini çətinliklə idarə ediblər.