Moskvada I Nikolayın vazasını oğurlayan azərbaycanlı tutulub
Moskvada qiyməti 26 500 dollar olan rəsm əsərini oğurlamaqda təqsirləndirilən azərbaycanlı saxlanılıb.
APA TV-nin Rusiya saytlarına istinadən verdiyi məlumata görə, istintaqın versiyasına əsasən, azərbaycanlı Valeh Əzizov Yulya Kleverin “Zapuşennıy sad” əsərini satmaq üçün vasitəçi olub. O, 1916-cı ildə çəkilmiş şəkli “Kvad fine art” şirkətinin direktorundan alıb, lakin nə şəkli, nə də pulu qaytarıb. Saxlanılan Valeh Əzizov sorğu zamanı I Nikolayın sarayında olmuş farforlu vaza, Konstantin Makovskini “Boyarin”, Vasili Polenovun “Attitud” və Fyodr Malyavinin 3 əsərini də oğurladığını etiraf edib. Bu əsərlərin və əşyaların ümumi dəyəri 260 min dollar məbləğində qiymətləndirilir.