Xaçmazda 7 yaşlı uşağı maşın vurdu
Bu gün Xaçmaz şəhərində azyaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, 7 yaşlı Xaçmaz rayon sakini Məhəmməd Teyyub oğlu Abbasov müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hazırda azyaşlının vəziyyəti stabildir.
Ağayar Quliyev, həkim: "Uşağın diaqnozu sol baldır sümüklərinin açıq sınığıdır. Müvafiq yardım olunub, rentgen müayinəsinə göndərilib. Ümumi vəziyyəti kafidir, ölüm təhlükəsi yoxdur".
M.Abbasovun hansı vəziyyətdə və kim tərəfindən vurulması Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.