Zaqatalada Hərbi Prokurorluğun yeni binasının açılışı olub
Zaqatalada Hərbi Prokurorluq üçün yeni inşa olunmuş inzibati binanın açılışı olub. Açılış mərəsimində Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Hərbi Prokurorun müavini Rasim Kazımov və müvafiq idarə və təşkilat nümayəndələri iştirak ediblər. Zaqatalada Hərbi Prokurorluq üçün inzabi binanın inşasına 2012-ci ilin mart ayında başlanılıb. Dövlət vəsaiti hesabına “İnter İnşaat Servis” MMC tərəfindən tikilən bina 2 mərtəbədən ibarətdir. Müasir standartlara uyğun inşa olunmuş binanın geniş akt zalı, 15 iş otağı, mətbəxi, şəbəkə və istirahət otaqları, əsgərlər üçün yataqxana otaqları və 8 ədəd sanuzeli var.